2 Noyabr 2018 16:26
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirləndirilən Akif Cavadov və Vasib Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər bu il mayın 14-də Bakı şəhər sakini Teymur Müseyiblinin idarə etdiyi avtomobillinə miniblər, onları Hövsan qəsəbəsinə aparmağı təklif ediblər.

Mənzil başında təqsirləndirilən şəxslər taksi sürücüsünə hədə-qorxu gələrək, 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər