9 Noyabr 2018 11:18
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyeva tutularaq istintaq orqanına təhvil verilib.

Məlum olub ki, Gülbəniz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb. Orada həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

Bu ilin əvvəlində Azərbaycana qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər.

İdarədə şikayətlər araşdırılıb və Gülbəniz Quliyevanın insan alveri cinayəti törətməsi məlum olub.

Bu səbəbdən ilin əvvəlində onun barəsində axtarış elan edilib. Gülbəniz Quliyeva bu günlərdə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Gülbəniz Quliyeva evlidir, orta təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Hazırda onun barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər