12 Noyabr 2018 16:22
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadınlara qarşı cinayət törədən qadının yeni cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onun cari il iyulun 20-də paytaxt sakini olan bir qadının çantasından 380 manat və sənəd oğurlaması müəyyən edilib.

Qeyd edək ki, Gülnarə Novruzova noyabrın 7-də Səbail rayonunda həbs edilib.

Rayon ərazisində yerləşən gözəllik salonlarından birində müştəri olan qadının çantasından 9000 manat oğurlanıb.

Zərərçəkən bu barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb.

O, ifadəsində oğurluq etdiyini təsdiqləyib.

Saxlanılan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Gülnarə Novruzova əsasən, qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq şəxsi əşyaları və pulları ələ keçirib.

Faktlarla bağlı Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gülnarə Novruzovanın digər cinayətlər törətməsi də istisna olunmur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər