13 Noyabr 2018 16:03
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 11 qadını fahişəliyə cəlb edən Pərviz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş hakim Samir Məmmədovun icraatına verilib. Hazırlıq iclası noyabrın 19-na təyin olunub.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonunda Pərviz Məmmədov 11 qadını kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.

İstintaq orqanı tərəfindən Pərviz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov