15 Noyabr 2018 01:17
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində 2 nəfərin velosipedlərini oğurlanması barədə 4-cü polis bölməsinə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Nəcəfov saxlanılıb.

Onun dostu Cavid Səyazadzadə ilə birlikdə şəhər ərazisində 2 avtomobildən isə pul və akkumulyator oğurlamaları da üzə çıxıb.

Cavid Səyadzadə də saxlanılıb.


Müəllif: Hacı Zeynalov