Türkiyənin Mersin şəhərində 8 il öncə gizli eşq yaşadığı üçün qızını öldürən ata 8 il sonra keçirdiyi avtomobil qəzası nəticəsində ələ keçib.
Teleqraf.com xəbər verir ki, Özləm Çınarın meyiti yaşadığı evdən asılı vəziyyətdə tapılmışdı. O, evli olduğu halda yaxın qohumu ilə gizli eşq yaşadığı üçün öldürülmüşdü.
Qadının sevdiyi Mahmud Erdemi qardaşı qətlə yetirmişdi, özü isə bir müddət yoxa çıxmışdı. Onun meyitini polis 2010-cu ildə meyvə ağacından asılı vəziyyətdə tapmışdı.
İlkin versiyaya görə, qadın namus məsələsinə görə intihar edib. Amma araşdırmalar zamanı bəlli olub ki, qadını öncə boğub öldürüblər və sonra asıblar.
Cinayət işi üzrə qadının atası H.Ç barəsində axtarış elan olunub. Ata noyabrın 10-da keçirdiyi qəza zamanı ağır yaralanıb. Xəstəxanaya aparılan yaralının axtarışda olan H.Ç olduğu üzə çıxıb.
Qatil ata polis nəzarətində əməliyyat olunub.