19 Noyabr 2018 12:24
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Cinayət Məcəlləsinin 5 maddəsi ilə axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan İqbal Həsənov saxlanılaraq istintaqa cəlb edilib.

İqbal Həsənov Cinayət Məclləsinin 32-ci (iştirakçılığın növləri), 312-ci (rüşvət vermə), 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 334-cü (fərarilik) maddələri ilə axtarışda olub.


Müəllif: Hacı Zeynalov