İranda cinsi təcavüzdə ittiham olunaraq ölümə məhkum olunmuş daha 1 məhbus edam edilib.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan 30 yaşlı müttəhim 6 ay əvvəl Qorqanda 13 yaşlı qızı oğurlamaqda və onu zorlamaqda ittiham olunub.
Edam Qorqan şəhər həbsxanasında həyata keçirilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.