13 Dekabr 2018 12:22
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Azad Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Azad Rufullayev Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib.

O, Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alıb. Azad Rufullayev bu cinayəti Əjdər adlı tanışının vasitəsi ilə törədib.

İstintaq orqanı tərəfindən Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Azad Rufullayev Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər