Bakının Nizami rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 10 min 500 manat oğurlanıb.
23-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Emil Məlikov və qardaşı Elnur saxlanılıb.
Məlum olub ki, hər iki qardaş əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunublar.
Faktla bağlı cinayət işi başlanıb.