17 Dekabr 2018 11:10
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda saxta pul yayan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əskinas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər