Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 5-ci və 6-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılıblar.
Sərdar Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilib.