4 Fevral 2019 21:28
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Orenburq şəhərində yaşayan 20 yaşlı model Karina Şankina kirayəçi tərəfindən təcavüz olunaraq qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, model evini kirayə vermək üçün qəzetdə elan yerləşdirib. Elandakı nömrəyə zəng edən şəxs Karina ilə görüşərək birlikdə evə baxmağa gediblər. Mənzilə daxil olandan sonra gözü qızmış kirayəçi modelə təcavüz edib. Onun polisə şikayət edəcəyindən qorxan cani modeli qətlə yetirib.

Şankinadan bir müddət xəbər çıxmadığına görə yaxınları polisə müraciət edib. Polislər vanna otağında modelin cansız çılpaq bədənini aşkar ediblər.

Cani həbs edilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər