Azərbaycanda 10 il azadlıqdan məhrum edilən məhkum həyat hekayəsini danışıb.
Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Mahir Əliyevin həyat hekayəsindən bəhs edilib.
Mahir Əliyev qeyd edib ki, 2010-cu il aprelin 20-də, gecə Bakıdan Qazaxa gedib:
"Öz yolumla getdiyim yerdə “Mersedes” markalı avtobus soladönmə manevri etdi. Maşınımı sağ tərəfdən vurdu. Mənim maşınım da onu vurub yola atdı və sola aşdı. Avtobus aşandan sonra çıxdım gördüm mühərrikdən səs gəlir, suyu axır. Söndürdüm, gəlib insanlara kömək etdim.
Köməkçimlə birgə onları çıxardıq, iki nəfəri çıxara bilmədik. Bu hadisədə 8 nəfər öldü, arasında bir nəfər 10-12 yaşlarında uşaq da var idi. Elə bildim hər şeyim əlimdən getdi. Ani oldu, avtobusun çevrildiyini hiss etməmişəm. Bir də gördüm maşının monitoru ayağımın altındadır.
O biri sürücü də tutuldu. Ona 7 il yarım cəza verildi. Həbsxanada otaq yoldaşımla mübahisə etdiyim üçün karsa salındım. Dünyada azadlığın tayı, bərabəri yoxdur”.