18 Fevral 2019 15:00
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadın alveri ilə məşğul olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Günel Bəylər qızı Hüseynova həbs edilib.

Günel Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub.

Onun barəsində idarəyə bir neçə zərərçəkmiş qadın müraciət edib. Həmin qadınlar müraciətlərində Günel Hüseynova tərəfindən ölkə hüdudlarından kənarda fahişəliyə cəlb edildiklərini bildiriblər.


Müəllif: Hacı Zeynalov