28 Fevral 2019 12:09
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Yaqut Məmmədzadə həbs edilib.

Yaqut Məmmədzadənin bir qrup şəxslə cinayət əlaqəsinə girməsi və Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlum olub ki, Yaqut Məmmədzadə Türkiyə qadın aparan qruplardan birinin dəstə başçısıdır.

O, Türkiyədə cinsi istismara məruz qalan qadınların baş idarəyə şikayətindən sonra ifşa edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər