Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
Quba rayonunun Adur kənd sakini, 1977-ci il təvəllüdlü Muradov Lazım Mirələm oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, L. Məmmədovu bıçaqlayan şəxs və ya şəxslərin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırmalar aparılır.
/APA/