5 Mart 2019 12:57
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

İttihama görə, restoranlarda operator kimi çalışan İlqar Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.

O, Nadir Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb.

İstintaq orqanı tərəfindən İlqar Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İstintaq dövründə İlqar Həsənlinin barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər