Ağcabədidə oğurluq edən yeniyetmə saxlanılıb.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, cari ilin fevral və mart aylarında bir qrup Ağcabədi rayon sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq olduğu barədə məlumat verib.
Məlumatla əlaqədar Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda silsilə oğurluq etməklə vətəndaşlara ümumilikdə 4000 manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.
Polis əməkdaşlarının apardığı axtarışlar zamanı, oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.