Türkiyənin Diyarbəkir şəhərində Roma dövrünə aid 180 bürünc sikkə ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, bölgənin Jandarma Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları bir vətəndaşı sikkələri satmaq istəyərkən yaxalayıb.
Tarixi əsərlər vətəndaşdan müsadirə edilib.