12 Aprel 2019 11:15
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov