Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Elvin İbişov həyat yoldaşı, 1990-cı il təvəllüdlü Fəridə İbişovanı bıçaqayıb.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Cinayəti törədən Elvin İbişov özü isə könüllü polisə təslim olub. O, hadisəni ailə münaqişəsi zəminində törətdiyini, əməlindən peşman olduğunu söyləyib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.