İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb.
Ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb.
T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.
Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini, “AST” ticarət mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzili alıb, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub. Kreditorlar bildirib ki, T.İsmayılov kredit vəsatinin bir hissəsini İsveçrədəki banklara köçürüb.
T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib./report/