15 May 2019 15:45
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl törətməkdə təqsirli bilinən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Samir Ağakişiyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 20-də, axşam saat 22.30-da Yasamal rayonunda 1970-ci il təvəllüdlü Faiq Mustafazadənin ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Həmin gün 28-ci polis bölməsinə öldürülən şəxsin qaynı, 1974-cü il təvəllüdlü Samir Ağakişiyev gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, bacısının ərini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

İstintaq orqanı tərəfindən Samir Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər