27 May 2019 13:50
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov