8 Sentyabr 2014 13:18
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri Kimyaçılar qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kəpəz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Gəncə şəhəri Kimyaçılar qəsəbəsinin ərazisindən "AK-74" markalı avtomat silahı və 7 ədəd qumbara alışdırıcısı tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: