8 Sentyabr 2014 20:38
3 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Futczyan əyalətinin Fuçjou şəhərində polis ərinin penisini kəsən qadını həbs edib.

Teleqraf.com-un xəbərinə görə, qadın ərinin xəyanət etdiyindən şübhələnərək, bu addımı atıb. O, qayçi ilə həyat yoldaşının penisini kəsərək onu şikəst edib. Bununla da hirsi soyumayan qadın kəsdiyi penisi unitaza atıb.

Bu cinayətə görə qadını 10 il həbs cəzası gözləyir.

Hadisə bazar günü, saat 03.00 radələrində baş verib. 35 yaşlı kişi evə sərxoş vəziyyətdə gəlib. Həyat yoldaşı onun sevgilisi olduğundan şübhələnib. Qəzəblənən qadın saç qayçısını götürərək ərinin cinsi orqanını amputasiya edib. Daha sonra ayaqyoluna gedən qadın ərinin cinsi orqanını unitaza atıb və çəndən suyu buraxıb.

Zərərçəkən kişi atasına şikayətlənib. Atası isə polis çağırıb. Yaralı ər xəstəxanaya aparılıb. Həkimlər kişinin cinsi qabiliyyətini bərpa edə bilməyəcəklərini bildiriblər. Belə ki, qadın onun cinsi orqanını dibindən kəsib.

Qeyd edək ki, Çində kişilər tez-tez belə qəddar davranışla üzləşirlər. Son yarım ildə bu, üçüncü belə hadisədir.

Nihad


Müəllif:

Oxşar xəbərlər