9 Sentyabr 2014 10:05
579

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Ağasəlim Abdullayev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Rəhimov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...