Bakıda dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Etibar Fərziyev 10 il, Elxan Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ramil Şüküorov və Arzu Ağalarovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilib. Şərti cəza alan hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər.
İş üzrə 23 nəfər zərərçəkmiş var.