12 İyul 2019 09:55
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyev barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursqulovun icraatınada baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra şikayətin qapalı iclasda araşdırılması barədə qərar verilib.

Məhkəmə baxışı iyulun 18-ə təyin edilib.

Qeyd edək ki, Orxan Rzaquliyev barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər