Bakıda axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 30-na təyin olunub.
İttihama görə, bu ilin martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.
Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. Kamran Şamilov aldığı yaradan ölüb.
Xatırladaq ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.
İstintaq orqanı tərəfindən Hüseynbala Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.