27 İyul 2019 12:34
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Saatlı rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər