Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Seyidəhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 10-da Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Coşqun Qasımov Zakir Abbasov və Nahid Tanrıverdiyev ölüb.
Xatırladaq ki, ölənlərdən Çoşqun Qasımov boks üzrə yeniyetmələr üzrə Azərbaycan çempionu olub.