11 Sentyabr 2014 17:21
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.

Teleqraf.com Fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və binanın damından enib.

İlhamə


Müəllif: