3 Avqust 2019 13:12
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Müşviqə Kazımovanın barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un xəbərinə görə, ona Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Müşviqə Kazımova Azərbaycan vətəndaşı olan 3 qadını ölkə hüdudlarından kənara aparıb və orada kişi müştərilərlə pul müqabilində görüşdürüb, qazanc əldə edib.

İttihama görə, Müşviqə Kazımova qadınları Türkiyəyə xadimə işləmək adı ilə aldadaraq aparıb.

Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdikləri şikayət əsasında Müşviqə Kazımova həbs edilib.

Onun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər