Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Mirkənan Seyidov və Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.Məmmədov 5 il 3 ay, M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, "Baku news" saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytının rəhbəri Cəlal Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər. İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.