Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
1986-cı il təvəllüdlü Dadaşov Samir Kamil oğlu 20-ci sahə ərazisində qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.