12 Sentyabr 2014 13:00
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Suriya sərhədindəki Arsel qəsəbəsində sahibsiz bir maşında 100 kiloqram partlayıcı ələ keçirilib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Livan təhlükəsizlik qüvvələri məlumat yayıb.

Arsel qəsəbəsində yol kənarına dayanmış sahibsiz maşın Suriya dövlət nömrə nişanlı olub. Dəmir qutular içindəki bombaların partlamağa hazır vəziyyətə gətirildiyi qeyd edilib.

Livan təhlükəsizlik qüvvələri partlayıcıları zərərsizləşdirdikdən sonra faktla bağlı geniş miqyaslı istintaqa başlayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər