Bakının Nəsimi rayonunda soyğunçuluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 13-də, gecə saatlarında baş verib. Bakı şəhər sakini Aydan Sadıqlı bir neçə nəfər şəxsin soyğunçuluğu ilə üzləşib. Onlar Aydan Sadıqlının mobil telefonunu alaraq qaçıblar.
Zərərçəkmiş soyğunçuluqla üzləşməsi ilə bağlı 22-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat nəticəsində cinayətkarlar ifşa edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Şirvan şəhər sakinləri Əlican Heybətov, Kənan Şahgəldiyev və Kürdəmir rayon sakini Əlövsət Əmirov tutulublar.
Hacı Zeynalov