Bakıda hədə-qorxu ilə pul tələb edən şəxsə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Zülfüqarov sentyabrın 17-də onu hədələyən şəxsin 2000 manat verməsini tələb etməsini bildirib.
Müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.