Bakının Səbail rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 14-də Səlyan yolu 75-in qarşısında qeydə alınıb. Bakı şəhər sakini Seymur Salahlını döyərək boğazında olan qızıl boyunbağını qoparaq qaçıblar.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Orxan Səfərov yaxalanıb.
Hacı Zeynalov