23 Noyabr 2019 00:27
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silahlı şəxs yaxalanıb.

Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Polisə rayon ərazisində silahlı şəxsin olması barədə məlumat daxil olandan sonra ərazidə əməliyyat keçirilib.

Keçirilən əməliyyat nəticəsində Yasamal rayonu, İnşaatçılar prospekti 36 saylı binanın qarşısında Masallı rayonu, Mollaoba kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Famil Xanəli oğlu saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 12 kalibrli, qundağı və lüləyi kəsilmiş İJB-47 model qoşalülə ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com