Türkiyənin İsparta şəhərində 2 il öncə baş vermiş ağır cinayətlə bağlı ilginc iddia irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, iki il öncə sevgilisi ilə birlikdə itkin düşən 23 yaşlı Zəhra Çayçının anası Keziban Çayçı qızının öldürüldükdən sonra meyitinin kimyəvi maddənin olduğu çəlləyə atılaraq əridildiyini bildirib.
Olayla bağlı həbs edilən Əli Aydınərin evindən tapılan kimyəvi məhlul makinəsi zərərçəkənin bu iddiaya düşməsinə səbəb olub.
2 uşaq anasın olan Zəhra Çayçı 2017-ci ildə oğlan dostu Korhan Taştekinlə birlikdə itkin düşüb. Faktla bağlı araşdırma aparan polis ikincinin yaxını olan Əli Aydınəri həbs edib.
Amma bu günə qədər itkin düşən şəxslərin aqibəti barədə məlumat əldə etmək mümkün olmayıb.
2019-cu ildə Türkiyədə 423 qadın qətlə yetirilib.