27 Noyabr 2019 12:33
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Daha sonra çıxış etmək üçün prokurora söz verilsə də, prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses dekabrın 5-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunublar.


Müəllif: Hacı Zeynalov