27 Noyabr 2019 17:31
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacısının sevgilsinin qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Mehrac Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 3-nə təyin olunub.

İttihama görə, Nəsimi rayonunda 30 yaşlı Orxan Əliyevg binaların birinin zirzəmisində döyülüərək öldürülüb. Hadisədən bir neçə gün sonra onun meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar olunub.

Orxan Əliyevi qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb. Hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıbmış.

Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac Qəhrəmanov azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb.

Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

İstintaq orqanı tərəfindən Mehrac Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər