19 Sentyabr 2014 15:20
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində aptekdən oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Esmira Həsənovaya məxsus aptekdən pul və mobil telefon oğurlanıb. Esmira Həsənova oğurluq hadisəsi ilə bağlı Kəpəz rayon Polis İdarəsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əliyar Əsgərov tutulub.

Hacı Zeynalov


Müəllif: