22 Sentyabr 2014 14:25
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ixtisaslaşmış müalicə müəssisində məhkumdan narkotik tapılıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətinin ictimayyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı onun əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Bilal Hacıyev Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: