18 Yanvar 2020 19:08
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədəliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan 1 qramdan artıq heroin və 7 qrama yaxın marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun “VAZ-2106” markalı avtomobilindən isə əlavə olaraq 380 qram marixuana aşkar edilib.

Bundan başqa, Neftçala rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaşlı kənd sakini Ə.İsmayılovun evindən 470 qram marixuana aşkar edilərək götürülüb.

Tərtər rayon polis şöbəsi əməkdaşları tərəfindən Seydimli kənd sakini Z.Vəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.


Müəllif: Hacı Zeynalov