21 Yanvar 2020 12:00
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini M.Nəsirov və Gədəbəy rayon sakini A.Nəbiyev şəhər ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Nəsirovdan 37 qram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 1 kiloqram 75 qram metamfetamin və 555 qram heroin də aşkar edilib.

Bundan başqa, Masallı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Həsənovdan çəkisi 1,4 kiloqram olan tiryək və 6 qramdan artıq metamfetamin götürülüb.


Müəllif: Hacı Zeynalov