22 Yanvar 2020 13:40
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 həyətyanı sahədən su mühərriki, 2 avtomobildən güzgü və maqnitofon, habelə N.Mustafayevanın içərisində ərzaq məhsulları və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov